www.sinerjipro.net

SinerjiProWide
Reklam

4c02939783ab6f4411afb920fc361b41Ötən gecə paytaxtın Xətai rayonunda sürücünün ağır xəsarət alması ilə nəticələnən qəza baş verib.

Hadisə Zığ şosesinin Gəncə prospekti ilə kəsişməsində qeydə alınıb. Belə ki, 90 BC 817 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobilin sürücüsü Gəncə prospektindən Zığ şosesinə dönən zaman qəfil idarəetməni itirib.

Nəticədə maşın aşaraq, bir neçə metr kənara sürüklənib. Qəza zamanı hələlik kimliyi müəyyən edilməyən sürücü ağır yaralanıb. O, ətrafdakıların köməyi ilə özəl xəstəxanalardan birinə çatdırılıb. Daha sonra isə, qəza yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Polis əməkdaşlarının ilkin araşdırması zamanı məlum olub ki, qəzaya yüksək sürət səbəb olub. Qəzanın konkret səbəbi isə, yaxınlıqdakı Təhlükəsiz Şəhər (TŞ) kameralarına baxıldıqdan sonra məlum olacaq.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 150
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."