Bakıda 1 milyon manatlıq yeni “Rolls-Royce” təqdim edildi – FOTOLAR

Müəllif: Redaktor

Editor

Azərbaycanda ilk dəfə “Rolls-Royce Wraith Black Badge” avtomobili təqdim edilib. Bu barədə Fins.az-a “Rolls-Royce”un Azərbaycanda rəsmi təmsilçisi “İmprotex Motors” şirkətindən bildirilib. Şirkətdən verilən məlumata görə, “Wraith” və “Ghost” avtomobillərinin hər ikisinin “Black Badge” variantı mövcuddur. Azərbaycanda isə hələlik “Wraith Black Badge” təqdim edilib.

Dünyanın ən güclü avtomobili

Şirkətdən bildirilib ki, “Wraith Black Badge” Qran Turizmo avtomobil sinfinin zirvəsidir. Bu avtomobil bələdçisi və əsl sürücü üçün nəzərdə tutulmuş avtomobildir. Dünyanın ən güclü və 632 at gücünə(465 kVt) malik “Rolls-Royce” avtomobili olmaqla yanaşı, “Wraith” həmçinin, hər zaman bütün “Rolls-Royce” model sırasında ən çox sürücüyə yönəldilmiş avtomobildir. Bununla belə, müştərilərin istəklərinə cavab vermək üçün “Rolls-Royce” mühəndislər heyəti inadla çalışaraq bu fenomenal səlis tavan xəttli kupeni daha da mükəmməl edib. Artıq mövcud olan yüksək mühərrik gücü ilə əlavə fırladıcı an göstəricisi (+50Нм), tamamilə yeni tərzdə tənzimlənmiş pnevmatik asqını, yeni aparıcı vallar və yenilənmiş 8 pilləli sürət ötürmə qutusunu birləşdirərək “Rolls-Royce” daha da sürücüyə yönəldilmiş dinamik “Wraith” yaratmaqla “Rolls-Royce” ənənəvi yüngül idarə etmə xüsusiyyətlərini qoruyub saxlayıb.
Öz statusunu ifadə etmək istəyənlərin avtomobili

“Rolls-Royce Motor Cars”ın brend üzrə meneceri Nurlan Pənahlı bildirib ki, “Black Badge” həyata fərqli münasibət və “Rolls-Royce” brendinin həyacanlı ruha malik insanlara istiqamətlənmiş mövqe deməkdir: “Həmin insanlar gərgin iş şəraitində çalışır və öz statuslarını ifadə etmək niyyətindədir. “Black Badge” avtomobilini canlı Bakıda görmək sözlə təsvir edilə bilməyən hissiyyatdır”.

Tam təhcizatlı avtomobil 540 min dollar satılır

Qeyd edək ki, avtomobilin bazara versiyası 333 min avrodur. Sifariş əsasında gətirilən tam təhcizatlı “Wraith Black Badge”in qiyməti isə 540 min dollar təşkil edir. Başqa sözlə, avtomobilin dəyəri 1 milyon manat təşkil edir.
2016-cı ildə 4011 ədəd “Rolls Roys” satılıb

Xatırladaq ki, son hesabata əsasən ötən il 50-dən artıq ölkədə müştərilərə 4011 “Rolls Roys” avtomobili satılıb. Bu da 2015-ci illə müqayisədə 6% çoxdur.

Yenicag.az

Foto Qalereya:


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir