!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 1000-ə yaxın bina söküləcək

!Reklam – Yazi

sokuntu_esas_057Bakı şəhərində 1000-ə yaxın yaşayış binasının sökülməsi, 30 mindən artıq sakinin köçürülməsi, milyonlarla kvadrat metr yaşayış sahəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarın qəbulundan müəyyən zaman ötüb.

Pilot layihə ölkədə həyata keçirilən sosial xarakterli tədbirlər içərisində özünəməxsus yer tutur. Belə ki, bu layihənin həyata keçirilməsinin əsas məqsədi müvafiq rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ibarətdir.

Pilot layihənin unikallığı ilə bağlı onu qeyd etmək lazımdır ki, 5 il müddəti üçün nəzərdə tutulmuş bu Qərarın həyata keçirilməsinin yekunu olaraq yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binasının sökülməsi, 30 mindən artıq sakinin köçürülməsi, milyonlarla kvadrat metr yaşayış sahəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Bu layihənin həyata keçirilməsi üçün vəsaitin dövlət büdcəsindən ayrılması deyil, yaranmış əlverişli investisiya mühitində sahibkarlar tərəfindən yatırılması nəzərdə tutulmuşdur. Eyni zamanda dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin nəticəsi olaraq meydana gəlmiş mövcud iqtisadi reallıqda tikinti sahəsində çoxsaylı yeni iş yerlərinin yaranması perspektivi də ölkəmiz üçün olduqca cəlbedicidir.

Qeyd etmək lazımdır ki, Qərarın 1.1-ci bəndinə əsasən müvafiq rayon icra hakimiyyətləri mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən həmin rayonların ərazisindəki yaşayış üçün yararsız olan binaların, sosial və digər təyinatlı qeyri – yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanaraq (tikinti layihələrinin işlənməsindən əvvəl) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmasını təmin etməlidirlər.

Bununla əlaqədar bu günədək rayon icra hakimiyyətləri tərəfindən Komitəyə təqdim olunmuş 52 ərazi planlaşdırma layihəsindən 45-i Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılıb. Qeyd edək ki, bu qəbildən olan ərazi planlaşdırma sənədlərinin hazırlanması təcrübəsi bu günə qədər Azərbaycanda mövcud olmayıb. Belə ki, ənənəvi olaraq qəbul olunmuş baş planlar, ərazinin müfəssəl planı kimi icrası mürəkkəb olan sənədlərin əvəzinə məhəllənin tikinti-planlaşdırma eskizi hazırlanıb. Məhəllənin tikinti-planlaşdırma eskizi 5 ha-dək ərazi üçün müəyyən olunub. Mövcud məlumatlar əsasında icra hakimiyyəti layihəçiyə müəyyən olunmuş küçələrin hüdudlarında məhəllənin planlaşdırılan tikintisinin hazırlığı üçün tapşırıq verir. Pilot layihələr üçün planlaşdırma həllərini əsasən Böyük Bakının regional inkişaf sxeminin, müfəssəl planların layihələri, eləcə də, bir sıra ərazi zonalaşdırılması sənədlərinin müəllifi olan Bakı Dövlət Layihə İnstitutu yerinə yetirir.

Məhəllənin tikintisi üçün planlaşdırma həllinin eskizini yaradarkən onun aşağıdakılardan ibarət olması məsələsi qoyulub:

1. İlkin baza-sökülməli olan bütün tikililər göstərilməklə topoqrafik planalma.
2. İnşası nəzərdə tutulan tikililərin hündürlüyünün və torpaq sahəsində yerləşməsinin, qırmızı xətlərin, ayrılan torpaq sahələrinin koordinat göstəricilərinin, abadlaşdırma və yolların, şaquli planlaşdırmanın, təhlükəsizlik və ekoloji göstərişlərin şərtlərindən çıxış edərək müəyyən olunmuş məhdudiyyətlərin təsviri, texniki-iqtisadi göstəricilərlə birlikdə izahat vərəqi və nəhayət tikinti layihəsinin hazırlanması üçün 0,5 ha-dan az olmayaraq tikinti üçün ayrılan ayrı-ayrı sahələrin sərhədlərinə dair təkliflərlə torpaqdan istifadə planı ilə birlikdə baş plan.

Bütün bunlar pilot layihə üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış sahələrin planlaşdırma göstərişinin hazırlanması zamanı nəzərə alınıb.

Komitədən bildirilib ki, razılaşdırılmış 45 ərazi planlaşdırma layihələrinin sahəsi ümumilikdə 175 ha-dan çoxdur. Adıçəkilən sənədlərdə söküləcək 324 min kvadratmetr yaşayış sahəsinin əvəzinə bütün müasir tələblərə cavab verən 1,8 milyon kvadratmetr yaşayış sahəsinin tikilməsi planlaşdırılıb və Komitə tərəfindən razılaşdırılıb. Sənədlərdə layihələndirilən binaların sayı 350-dir. Söküləcək 4 min mənzilin yerinə 18 min yeni mənzilin inşası nəzərdə tutulub.

Ərazi planlaşdırma sənədlərinin 5 ha-dək ərazilər üçün (1 ha-dan az olmayaraq) hazırlanması təc­rübəsi dünya şəhərsalma praktikasında sınaqdan çıxmış ən mütərəqqi yanaşma sayılır.
“Bakının mövcud məhəllələrinin (məhəllə dedikdə magistral yollarla, yaşayış küçələri, piyada xiyabanları, təbii və süni qurğularla hüdudlanmış yaşayış rayonunun bir hissəsi başa düşülür) böyük qisminin 0,5-dən 2 ha-dək ərazini əhatə etməsini nəzərə alsaq məhz bu tip ərazi planlaşdırma sənədlərinin hazırlanmasının paytaxtımızın gələcək inkişafını müəyyən etmək üçün ən uyğun vasitə olduğu qənaətinə gəlirik”, deyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bildirib.

Qqeyd edilib ki, pilot layihənin ərazi planlaşdırma sənədlərinin razılaşdırılması zamanı qarşıya qoyulan ən başlıca vəzifə layihənin tikinti şirkətləri üçün cəlbediciliyinə xələl gətirmədən ərazidə məskunlaşacaq insanların təhlükəsizliyinin, onların komfortlu həyat şəraiti üçün zəruri olan bütün infrastruktur obyektləri ilə təchizatının təmin edilməsi məqsədilə qüvvədə olan normativ sənədlərlə müəyyən edilmiş zəruri reqlamentlərə riayət olumasına nəzarət etməkdir. Bunun üçün tikinti sıxlığı əmsalının 1 ha-da 27 min kvadratmetrdən artıq olmamasına xüsusi diqqət verilib.

“Tam məsuliyyəti ilə deyə bilərik ki, memarlar yenidən qurulacaq ərazi və ərazi hissələrinin yuxarıda qeyd etdiyimiz qaydada hazırlanaraq Komitə tərəfindən razılaşdırılmış ərazi planlaşdırma sənədləri əsasında tam rahatlıqla tikiləcək obyektlərin vizuallaşdırılmasına- paytaxtımızın simasını daha da gözəlləşdirəcək obrazlar üzərində işə başlaya bilərlər.
Komitə bildirib ki, bir hündürmərtəbəli binanı 30 sot ərazidə yerləşdirməklə bir hektarda belə ayrı-ayrı yaşayış tikintisi sahələrinin sayı tikilinin hündürlüyündən asılı olaraq 3 və ya 4 ola bilər.
Tələbə görə, tikinti sıxlığı əmsalına tam riayət edilməlidir.

“0,3 ha ərazidə 3 hündürmərtəbəli yaşayış binasının yerləşdirilməsi tövsiyyə olunarkən, bu yeni sahədə ayrılan torpaqlar kifayət etmir. Bu isə tikilinin istismarının təhlükəsizliyi baxımından yolverilməzdir.
Yalnız rayon icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmuş torpaq sahələrinin sərhədləri və koordinat nişanları, qırmızı xətlər, planda gələcək tikililətin hündürlüyü və ölçüləri göstərilmiş məhəllənin tikinti-planlaşdırma eskizi layihəsi mövcud oldu­ğu halda, əsas göstəricilərdən biri olan tikinti sıxlığı əmsalına riayət etməklə tikinti layihəsinin memarlıq hissəsinin tərkibində memarlıq-planlaşdırma həllini tövsiyyə etmək və icra etmək olar”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bildirib ki, Nazirlər Kabinetinin adıçəkilən Qərarının qəbul edilməsindən keçən qısa müddət ərzində yeni yaşayış binalarının tikintisinə artıq başlanılıb.

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv