Yazı İçi 468×60

1 (1)Müəllimlər və direktor qadını şagirdin əlindən güclə xilas ediblər.

Bakının Xətai rayonunda yerləşən 95 saylı məktəbdə döyülmə hadisəsi baş verib.

11-ci sinif şagirdi olan oğlan öz müəlliməsini vəhşicəsinə döyüb.

Svetlana adlı fizika müəlliməsi şagirdin nizam-intizamından şikayət edərək onu danlayıb. Sonra isə daha da qızışaraq şagirdin rəhmətə getmiş atasını təhqir edib.

Təhqirə dözməyən şagird müəlliməsinin üstünə hücum çəkib və ona ciddi fiziki xəsarətlər yetirib.

Şahidlərin dediyinə görə, müəllimənin ağzı-burnu partlayıbmış, ətraf qan içindəymiş.

Köməyə gələn şagirdlər, müəllimlər və o cümlədən də direktor müəllimi güclə şagirdin cəngindən xilas ediblər(oxu.az).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 93
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."