HighTechnic

hightechnic
Ads by Google

96676Beyləqan rayonunda evdən qaçan 17 yaşlı Aytac Mahmudova özünü Bakıda bibisi evində asıb.

Aytac Mahmudova özündən bir yaş kiçik oğlana qoşulub Sabirabada qaçıbmış. Sonradan oğlanın ailəsi bundan xəbər tutub və Aytacı qəbul etməyib. Bu səbəbdən oğlan Aytacı atası evinə qaytarmaq istəyib. Lakin qız qayıtmaq istəməyib.

Belə olan halda oğlanla qız Bakıya getməyi planlaşdırıblar. Plana görə, Bakıya öncə Aytac gedib. Lakin sevdiyi oğlanın gəlmədiyini gördükdə ona zəng vurub. Ancaq zənglərə cavab verən olmayıb.

Aytac Mahmudovanın yataq xəstəsi olan atası deyir ki, qızının paytaxtda olduğu barədə ona yaxınları məlumat veriblər. Ata da dərhal Bakıda yaşayan bacısına zəng vurub. Bununla da Aytac bibisinin evinə gedib. Orada da sevdiyi oğlana zəng vurub. Lakin sevdiyi oğlanın etibarsiz olduğunu görən Aytac Mahmudova canına qıyıb.

Qeyd edək ki, Beyləqan rayonunda orta məktəbin 10-cu sinfində təhsil alan 17 yaşlı Aytac Mahmudova ötən ay evlərindən qaçmışdı. Qızın anası bildirib ki, qızını özündən bir yaş kiçik, 9-cu sinif şagirdi olan oğlan qaçırıb. Aytac evdən çıxarkən ailəsinə məktub da yazıb. Qız məktubda ailəsindən incik olduğunu xüsusi vurğulayıb(ans).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."