Bakıda 19 yaşlı qız “Mercedes”i qaçırdı

Müəllif: Redaktor

Editor

oqurluq1Bakıda 19 yaşlı qız maşın qaçırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Noyabrın 3-də Sabunçu rayonunun Zabrat qəsəbəsindən Bakı şəhər sakini Natiq Zülfüqarova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən həmin avtomobilin Q.Qarayev prospektində hərəkətdə olması aşkar edilib və Bakı BPİ DYPİ əməkdaşları tərəfindən görülən tədbirlərlə avtomobil saxlanılaraq onu idarə edən Bakı şəhər sakini, 19 yaşlı Aygün Hüseynova ilə birgə 15-ci PB-yə təhvil verilib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır