Bakıda 23 yaşlı oğlanla xalası dəm qazından boğulub

Müəllif: Redaktor

Editor

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Bəhruz Nuroyev küçəsi 81 ünvanında yerləşən yataqxanada qeydə alınıb. Orada yaşayanlar – 23 yaşlı Cəfər Elşad oğlu Quliyev və xalası, 50 yaşlı Sevinc Allahverdi qızı Əliyeva dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

 

 

Yenicag.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır