!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 236-dan çox binanı su basıb

!Reklam – Yazi

Bakıda 236-dan artıq binanın zirzəmisi su ilə doludur.

Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bildirib.

Onun sözlərinə görə, zirzəmilərdəki suların nümunələrinin tədqiqatı nəticəsində zirzəmilərdə qrunt, bir qismində məişət çirkab suları (kanalizasiya), digərlərində isə kommunikasiya xətlərinin nasaz olması səbəbindən məişət və qrunt sularının qarışığı aşkar edilib:

“Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə geniş arayış təqdim olunub. Su ilə dolu olan zirzəmilərə daha çox Qaradağ, Xətai, Nizami və Binəqədi rayonunda rast gəlinir”.

Z. Kazımov əlavə edib ki, son zamanlar iqlim dəyişikliyi ilə əlaqədar yağıntıların çox olması belə zirzəmilərin sayının artmasına gətirib çıxaracaq: “Bizim tərəfimizdən lazımi sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim edilir, bu məsələni qaldırırıq. Təbii ki, onlar da dərhal qabaqlayıcı tədbirlər həyata keçirilməlidir. Əfsus ki, bu işlər həyata keçirilmir”.

Yenicag.az

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv