Yazı İçi 468×60

af.com1423305887hebs-aBu gün saat 17:00 radələrində Xətai rayonu ərazisində 3 şəxsin – 35-40 yaşlarında şəxsiyyəti hələlik istintaqa məlum olmayan qadın və onun 3, 5 yaşlarında olan övladlarının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata əsasən ilkin araşdırmalar zamanı müəyyən edilib ki, həmin hadisəni törədən 1989-cu il təvəllüdlü Orxan Heydərovdur. O hadisəni idarə etdiyi “Chevrolet” markalı, 10 PV 731 dövlət nömrə nişanlı avtomaşınla törədib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb. O. Heydərov həmin cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 18
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."