www.sinerjipro.net

SinerjiProWide
Reklam

preparat-viagraBakıda 28 yaşlı oğlan həddən artıq “Viaqra” qəbul edərək ölüb. Hadisə Bakının Nərimanov rayonunda yanvarın 13-dən 14-ə keçən gecə qeydə alınıb. Bu faktı Nərimanov rayonu Polisi İdarəsindən təsdiq ediblər.

İlkin məlumatlara görə, Gəncə şəhər sakini M.Hüseynov inşaat sektorunda işləyirdi və Bakıda kirayədə qalırdı. Hadisə barəsində qonşuların məlumatından sonra təcili yardım gənc oğlanın mənzilinə gəlib və onu ağır vəziyyətdə aşkar ediblər. Ancaq həkimlər gənc oğlanın həyatını xilas edə bilməyiblər. M.Hüseynov ürək partlamasından dünyasını dəyişib.

Hadisə yerində müayinə zamanı “Viaqra” preparatının qutusu aşkar edilib. Bundan belə nəticəyə gəlinib ki, cavan oğlanın ölümünə bu həblər səbəb olub. Bəzi məlumatlara görə, Hüseynov bədbəxt hadisə zamanı mənzildə tək olmayıb. Onun yanında qız da olub. Hadisə zamanı qız qorxduğu üçün mənzildən qaçıb.

Rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.(haqqın)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 56
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."