!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 3 oğru tutuldu

!Reklam – Yazi

Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Yenicag.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən mayın 18-də Z. Abıyevaya məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Heydər Əhmədov saxlanılıb.

Habelə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri tədbirlərlə nəticəsində mayın 25-də rayon ərazisindəki evlərdən birindən 890 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nahid İsmayılov da tutulub.

Həmçinin, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 11-də rayon ərazisindəki evlərdən birindən 1000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Əhmədov da saxlanılıb.

Yenicag.az

www.yenicag.az

852
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv