!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 60 min manata nömrə satılır

!Reklam – Yazi

143840_465760Bakıda 60 000 manata (055) X00-00-00 bahalı, “zerkalnı” – yəni ardıcıl, qoşa, yaxud eyni rəqəmlərin düzüldüyü olan nömrə satılır.

Bu barədə elan Disput.az saytında yerləşdirilib. Elanı Tural Zeynalov adlı istifadəçi verib.

Qeyd edək ki, Azərbaycan cəmiyyətində nörmələrin “zerkalnı” olması bir çoxlarının sevimli müzakirə mövzularından biridir. Daha yaxşı yadda qaldığına görə, belə nömrələrə maraq böyük olur.

Lakin belə SIM kartların qiyməti daha baha olur. Adətən belə nömrələri iş adamları, siyasətçilər, yüksək səviyyəli rəsmilər, digər fəaliyyət sahələrinin nümayəndələri imicini qorumaq üçün alırlar.

Xatırladaq ki, bir müddət öncə ölkəmizdə hətta 90 000 manata (050) 555-55-55 nömrəsi satışa çıxarılmışdır.

www.yenicag.az

722
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv