!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda ağır qəza: ölənlər var

!Reklam – Yazi

maxresdefaultBakı şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 43-cü kilometrliyində, Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Vüsal Aydın oğlu Ələkbərov idarə etdiyi “Mitsubishi” markalı avtomobili yolun kənarındakı avtobus dayanacağına çırpıb. Nəticədə avtomobildə olan 1961-ci il təvəllüdlü Əsgər Cəlal oğlu Əliyev hadisə yerində ölüb. Sürücü və digər sərnişini, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü İsmayıl Şəhmil oğlu Çerçiyev xəstəxanaya yerləşdiriliblər. İ. Çerçiyev aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. V. Ələkbərovun vəziyyəti isə ağır olaraq qalır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.(APA)

www.yenicag.az

657
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv