Bakıda ağır qəza – VİDEO

Bakıda ağır qəza – VİDEO

Müəllif: Redaktor

Baş Redaktor

mercedesTəqribən yarım saat əvvəl Babək prospekti istiqamətində avtomobil qəzası baş verib.

Yenicag.az 1xeber.com-a istinadən bildirir ki, Günəşli yolunun üstündə 10 CR 680 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil qarşı tərəfdən gələn “Mercedes”lə toqquşub. Zərbə o qədər güclü olub ki, avtomobildə yanğın başlayıb. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir maşını cəlb edilib. İlkn məlumata görə, yaralılar xəstəxanaya aparılıblar.

Araşdırma aparılır.

Qeyd edək ki, ötən gün ərzində respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

Kriminal, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti