Bakıda “Ailə məktəbi” kursları başlayır – Yeni layihə

Müəllif: Redaktor

Editor

43ad06fdfdBakıda ailə qurmaq istəyən şəxslər, psixoloji, hüquqi yardıma ehtiyacı olan evli çütlüklər, boşanmış, eləcə də boşanma ərəfəsində olan və ya problemli ailələr üçün təlim kursları təşkil ediləcək.

Mayın 2-dən başlayan kursları “Gender Bərabərliyi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı ““Ailə məktəbi” kursunun təşkili” layihəsi çərçivəsində həyata keçirəcək.

Kurslar ödənişsizdir. Təlimlərin keçirilməsində məqsəd cəmiyyətdəki boşanmaların sayının azalmasına və yeni ailələrin daha möhkəm təməl üzərində qurulmasına dəstək olmaqdır.
Kurslarda ali təhsilli və yüksək təcrübəyə malik psixoloq, ekspert, hüquqşünas və həkim-infeksionist təlimlər keçəcək. Ekspert ailə münasibətlərinin tənzimlənməsi ilə bağlı, psixoloq isə ailə daxili münaqişələrin həlli yönümündə təlimlər keçəcək və ehtiyacı olan şəxslərə psixoloji yardım göstərəcək.
Hüquqşünas nikahla bağlı qanunvericilik aktları haqqında təlim keçəcək, habelə hədəf qrupları arasında hüquqi problemləri olanlara bu istiqamətdə yardımlar göstərəcək, hüquqi yardıma ehtiyacı olanlara məsləhətlər verəcək. Təlimçi qismində çıxış edən həkim- infeksionist isə yeni sağlam nəslin dünyaya gəlməsi üçün yoluxucu xəstəliklərlə və infeksiyalarla bağlı gəncləri məlumatlandıracaq.

Kurslar iyunun 1-dən başlayır.
Kurslarda iştirak etmək istəyənlər 31 may 2016-cı il tarixədək saat 10:00-dan 17:00-dək (055) 424- 44- 75,(051) 909 -30- 83, (077) 498 -10 -00 və (012) 563- 25 -30 telefon nömrələrinə, zəng edə və ya HYPERLINK “mailto:shekerxanum.aliyeva@gmail.com” shekerxanum.aliyeva@gmail.com elektron ünvanına müraciət edə bilərlər.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır