!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda “Amerika Təhsil Yarmarkası” keçirilir

!Reklam – Yazi

d6d9c9d2181ed8f075577c74148ef77bBu gün Bakıda “Amerika Təhsil Yarmarkası” keçirilir.

APA-nın xəbərinə görə, Bakı Təhsil Məlumat Mərkəzi (BTMM) və ABŞ Təhsil Qrupunun birgə təşkilatçılığı ilə keçirilən yarmarkanın məqsədi ABŞ-da təhsil alma imkanları haqqında insanları lazımi məlumatla təmin etməkdir.

Yarmarkada tələbələr və valideynlər ABŞ-da yerləşən universitetlərin nümayəndələri ilə görüşə biləcək, onları maraqlandıran suallara cavab tapa biləcəklər.

Qeyd edək ki, Bowling Green State University, DePaul University, Full Sail University, Hofstra University, Kent State University, McNeese State University, New York Film Academy, NC State University, Old Dominion University, Portland State University, University of California Riverside, University of Portland və Virginia Polytechnic Institute and State University (Virginia Tech) yarmarkada iştirak edirlər.

www.yenicag.az

434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv