6d5be22402056bac960911219b7f4f5aBakıda mənzildə meyitləri tapılan şəxslərin qətlə yetirildiyi məlum olub.

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Molla Cümə küçəsi ev 4, mənzil 8 ünvanında ölmüş vəziyyətdə aşkarlanmış şəxslərin ana və oğlu olması müəyyən edilib. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə etdirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.

Hadisənin kim tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.APA

***

saat 09.01

Bu gecə Bakıda mənzildən iki meyit tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar və vətəndaşların cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:26-da başa çatıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."