147267_res_01İyunun 17-19-da “Forumal-1” yarışları ilə əlaqədar Dənizkənarı Bulvarda möhtəşəm atəşfəşanlıq olacaq.

Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai oxu.az-a bildirib ki, tədbir dünya ulduzları Kris Braun, Enrike İqlesias, Farrell Uilyamsın çıxışından sonra baş tutacaq.

Onun sözlərinə görə, paytaxt sakinləri atəşfəşanlığı ardıcıl olaraq üç gün saat 23:00-da izləyə biləcəklər.

Qeyd edək ki, “Formula-1” Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçiriləcək. “Formula-1” şəhərciyində iyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias, iyunun 19-da isə Farrell Uilyams ardıcıllıqla çıxış edəcəklər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."