Bakıda ata qəza törədib, qızı ölüb

Bakıda ata qəza törədib, qızı ölüb

Müəllif: resul

Editor

qezaBinəqədi rayonunun Xocəsən qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 21-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində Saatlı rayon sakini Famil Cahangirov idarə etdiyi “QAZ-24” markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Anar Kərimova məxsus “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə F.Cahangirovun sərnişini – qızı Güllübəyim hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Yenicag.az

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti