Ads by Google

hightechnic
Ads by Google

500874Bakıda sərnişin avtobusu qəza törədib, ölən və yaralanan var.

“Report”un xəbərinə görə, hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, sərnişin avtobusu yüksək sürətlə gələrkən idarəetməni itirərək əvvəlcə dayanacaq yaxınlığında olan taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobilin sürücüsü Mahmud Cəfərovu, sonra isə onun avtomobilini vurub. “Mercedes” markalı avtomobil zərbənin gücündən Bakı Olimpiya Stadionunun ərazisinə düşüb. M.Cəfərov hadisə yerində ölüb. İdaretməni itirən avtobus dayanacağa çırpılıb. Nəticədə dayanacaqda avtobus gözləyən sərnişin – 49 yaşlı Zülfüqarova Mələk ağır kəllə-beyin travması alıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

———–

Bakıda səhər saatlarında ağır yol qəzası olub. Criminal.az saytı xəbər verir ki, Ziya Bunyadov prospektində, Olimpiya stadionun qarşısında sərnşin avtobusu yüksək sürətlə dayanacağa girib.

Qəza nəticəsində bir neçə maşın əzilib, yaralananlar var. Qəza zamanı maşınlardan biri yoldan çıxaraq stadionun həyətinə düşüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı dayanacaqda olan sərnişinlərdən də yaralananlar olub.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 119
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."