!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtobusun vurduğu qadın öldü - Qaçan sürücü saxlanılıb - YENİLƏNİB

!Reklam – Yazi

Bakının Yasamal rayonunda marşrut avtobusunun vurduğu qadın dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 1988-ci il təvəllüdlü Əsgərova Günel Adəm qızı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə nəticəsində qadının qucağında olan 1 yaşlı uşaq isə yüngül xəsarət alıb. Avtobusun sürücüsünün hadisə yerindən qaçdığı bildirilir.

39 saylı marşrut avtobusunun sahibkarı Araz Mirzəyev bildirib ki, hadisəni törədən sürücü Saatov Hakim Aslan oğlu saxlanılıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrilə cinayət işi başlanılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu ərazisində, “İnşaatçılar” metro stansiyasının qarşısında 39 saylı xətt marşrutu üzrə hərəkət edən 99 XV 274 dövlət nömrə nişanlı “DAEWO” markalı avtobus dayanacağa çırpılıb. Həmin vaxt dayanacaqda olan qadın və 1 yaşlı uşaq xəsarət alıb.(Trend)

***

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə “İnşaatçılar” metro stansiyasının yanında qeydə alınıb.

39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində bir qadının ağır yaralandığı bildirilir.

Sürücünün hadisə yerindən qaçdığı bildirilir.
Hazırda hadisə yerinə yol polisi əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.
Qəzanın başvermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb.

 

www.yenicag.az

2262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv