!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda avtobus iki məktəblini vurdu: Ölən var

!Reklam – Yazi

95e5d5Avtobusun vurduğu məktəblilər qardaş imiş

Bakıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Maştağa qəsəbəsində 72 saylı marşrut avtobusu idarəetmədən çıxaraq, yol kənarında dayanan iki məktəblini vurub. Nəticədə onlardan biri hadisə yerində ölüb, digəri isə yüngül xəsarət alıb. Ölən məktəblinin 14 yaşında oğlan olduğu bildirilir. Sabunçu rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. İdarədən bildirilib ki, Maştağa qəsəbəsində 72 saylı marşrut avtobusunun törətdiyi qəzada yüngül xəsarət alan 7 yaşlı Nicat Cəfərzadə xəstəxanadan evə buraxılıb. 3 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, N.Cəfərzadə və hadisə zamanı dünyasını dəyişmiş 14 yaşlı digər məktəbli qardaş imişlər. Sabunçu rayon Polis İdarəsindən verilən digər məlumata görə, ölən məktəbli isə Cəfərzadə Ələm Kərəm oğludur. Hadisəni törətmiş sürücü isə saxlanılıb. Hazırda o, tibbi ekspertizadan keçirilir.

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv