Bakıda avtobus sürücüləri odla oynayır – Video

Müəllif: Redaktor

Editor

1f25a-baSərnişinlərin həyatı avtobuslarda yenə böyük risqə atılır

Adətən tıxaclarda sürücülər alternativ yollar axtarırlar. Bu, bəzən ara yollar, bəzən məhəllələr, bəzən də hətta yanacaqdoldurma məntəqələrinin içi olur. Daha da təhlükəlisi budur ki, sərnişin daşıyan ictimai nəqliyyat vasitələri də bunu edir.

Onlar yanacaqdoldurma məntəqəsi ərazisindən alternativ yol kimi istifadə edirlər. Özü də içərisi sərnişinlə dolu avtobusla. Paytaxtın Binəqədi rayonu, «Şamaxinka» adlanan ərazidə yerləşən bu yanacaqdoldurma məntəqəsinin ərazisi Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobus sürücülərinin alternativ yoluna çevrilib.

Bəzi avtobus sürücüləri nəinki yacaqdoldurma məntəqəsinin içindən keçir, hətta burada sərnişinləri düşürdür. Bu cür sürücülər «Yol hərəkəti haqqında» qanunun tələblərini pozmaqla yanaşı, sərnişinlərin də həyatını təhlükəyə atırlar.
Məsələ ilə bağlı bu işə nəzarət etməli olan qurumun Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinində mövqeyini öyrəndik. Qurumun sözçüsü Şəfa Mehmanqızı bildirdi ki, elə günü sabahdan məsələ ilə bağlı araşdırmalar aparılaraq həmin sürücülər barəsində cəza tədbiri görüləcək.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir