!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda avtomobil 5 nəfəri vurub – YENİLƏNİB

!Reklam – Yazi

4857462ac534f2d687b967562697db62Bakıda avtomobil vurması nəticəsində yaralanan şəxslər Klinik Tibbi Mərkəzə (KTM) gətiriliblər.

Bu barədə KTM-dən məlumat verilib. Bildirilib ki, onların əksəriyyəti tələbədir. Yaralıların şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

***
Bakıda dəhşətli yol qəzası baş verib.

Hadisə bu gün saat 18.10 radələrində Yasamal rayonu ərazisində, Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında qeydə alınıb. “Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 5 piyadanı vurub. Daha sonra minik maşını polis avtomobilinə çırpılıb.

İlkin məlumata görə, vurulan piyadalardan biri dünyasını dəyişib. Digərlərinin vəziyyəti isə ağırdır.

Yasamal rayon Polis İdarəsindən qəzanın baş verməsini təsdiqləyiblər. Bildirilib ki, yol-nəqliyyat hadisəsi barədə polisə məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu çıxıb: “Qəzanın baş vermə səbəbləri, ölən və yaralananlar barədə hələlik heç bir məlumat yoxdur”(APA).

www.yenicag.az

504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv