Bakıda avtomobil atəşə tutuldu - Borca görə

Bakıda avtomobil atəşə tutuldu – Borca görə

Müəllif: Redaktor

Baş Redaktor

Bakıda silahlı insident olub.

Sabunçu Rayon Pİ-dən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında Sabunçu qəsəbəsi İlyas Aslanov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Seymur Şahəliyev Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Eldəniz Eyvazovun idarə etdiyi “Renault” markalı avtomobilə tapançadan bir neçə dəfə atəş açıb. Nəticədə avtomobilin şüşələri sınıb, güllələrdən biri E. Eyvazovun baş nayihəsindən dərisini sıyırıb keçib.

E. Eyvazov Sabunçu şəhər 3 saylı Klinik Xəstəxanasında ilkin tibbi yardımdan sonra buraxılıb. O, xəstəxanada verdiyi ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirsə də, sonradan güllə yarası aldığı məlum olub.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində S. Şahəliyev tutulub.

Ondan hadisədə istifadə etdiyi tapança götürülüb.

İlkin məlumata görə, hadisə borc üstündə baş verib. S. Şahəliyevin E. Eyvazova borcu olub. E. Eyvazov borcunu tələb etdiyi üçün S. Şahəliyev onu güllələyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Yenicag.az

Xəbərlər, Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti