Bakıda avtomobillər toqquşdu – Tıxac yarandı

Müəllif: Redaktor

Editor

 

trend_qezBakıda yol qəzası tıxaca səbəb olub.

Hadisə bu gün səhər saat 08:30 radələrində Bakının Nəsimi rayonu ərazisində baş verib. Rayonun Vaqif prospekti ilə Səməd Vurğun küçələrinin kəsişməsində “Mercedes” və “QAZ 3110” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Hadisə nəticəsində Vaqif prospekti və Səməd Vurğun küçələrində, eyni zamanda, Azadlıq prospektində tıxac yaranıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib. Yol polislərinin səyi nəticəsində yollarda avtomobillərin hərəkəti bərpa edilib. Ərazidə 1 saata yaxın tıxac olub.(trend)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır