Bakıda bağ evindən meyit tapılıb

Müəllif: resul

Editor

meyitBakıda bağ evindən meyit tapılıb.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki bağ evlərindən birində kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin evdə gözətçi işləyən, Füzuli rayon sakini, 63 yaşlı Tərzan Kamal oğlu Teymurov olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır