Ads by Google

hightechnic
Ads by Google

big_1417794178_avtobus-300x194Bakı şəhərində iyunun əvvəlində “Xaliq Faiqoğlu” şirkətinin bağlanan avtobus marşrut xətlərinin fəaliyyəti bərpa olunub.

Bağlanan üç marşrut xəttindən ikisi yenidən eyni hərəkət trayektoriyası ilə iş qrafiklərini icra edir. Bərpa olunan xətlər 18 və 96 nömrəli marşrutlardır.
Qeyd edək ki, adıçəkilən xətlərin fəaliyyətinin bərpa olunmasına dair Bakı Nəqliyyat Agentliyinin rəsmi qərarı hələlik açıqlanmayıb.

Xatırladaq ki, iyunun 9-da Bakı Nəqliyyat Agentliyinin qərarı ilə şirkətə məxsus üç marşrut xəttinin fəaliyyəti məhdudlaşdırılıb. Agentlik bu qərarını daşıyıcının Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməməsi ilə əsaslandırmışdır.(report)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 105
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."