Bakıda bankda partlayış – Ətraf mühasirəyə alınıb

Bakıda bankda partlayış – Ətraf mühasirəyə alınıb

Müəllif: Baş Redaktor

Baş Redaktor
243435Bakıda partlayış olub. Hadisə Yasamal rayonu, İnşaatçılar prospekti 100 ünvanında- “Xalq bank”ın yaxınlığında qeydə alınıb. Yasamal rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, partlayış avtomobil qarajlarından birində bu gün səhər saatlarında qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, yaxınlıqdakı digər qarajlara və ərazidəki avtomobillərin bəzilərinə ciddi zərər dəyib.
Hadisəyə ilkin ehtimal qaz sızması göstərilir, lakin daha dəqiq səbəblərini müəyyənləşdirmək üçün hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazini nəzarətə götürüb. Hazırda hadisə yerində  araşdırma aparılır.
Partlayış baş verən ərazi
Kriminal, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti