Bakıda bədbəxt hadisə: 2 ölü

Müəllif: Redaktor

Editor

ruyada-olu-birini-gormek11Bakı sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, avqustun 18-də Xəzər rayonunun Buzovna qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini Müqabil Hacıyevin başına futbol qapısının tiri düşməsi nəticəsində ölüb.

Digər bədbəxt hadisə avqustun 18-də Nərimanov rayonu ərazisində yerləşən yeni inşa edilən binalardan birində baş verib. Orada fəhlə işləyən Abşeron rayon sakini Hüseyn Hüseynov ehtiyatsızlığı nəticəsində 14-cü mərtəbədən yıxılaraq ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır