!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda Beynəlxalq Gənclər Mərkəzi yaradıla bilər-Foto

!Reklam – Yazi

????????????????????????????????????

17 noyabr Beynəlxalq Tələbə Günü Bakıda da qeyd olunub. Bakı Beynəlxalq Tələbə Klubunun təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanda Əcnəbi Tələbə Gənclərin 2-ci ümumrespublika forumu” keçirilib. Forumda Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Fuad Muradov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov, Azərbaycandakı müxtəlif səfirliklərin nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri, ali təhsil müəssisələrinin nümayəndələri, o cümlədən müxtəlif ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr iştirak edib.

Bakı Ali Neft Məktəbində təşkil olunan tədbiri giriş sözü ilə açan təşkilatın sədri Aysəba Umutlu 2011-ci ildə keçirilən 1-ci forumdan ötən dövr ərzində BBTK-nın uğurlu və yadda qalan layihələrindən danışaraq bu ilki forumun təşkilində Bakı Ali Neft Məktəbinin rəhbərliyinin dəstəyini xüsusi qeyd edib. Forumun əsas məqsədi ölkəmizdə təhsil alan əcnəbi gəncləri bir araya gətirmək, onlara özünü ifadə etmək imkanı vermək, layihənin icrası zamanı əcnəbi tələbələrin problemlərinin araşdırılması və maraq dairələrini öyrənmək, azərbaycanlı tələbələrlə əcnəbi tələbələr arasında ünsiyyətin möhkəmlənməsinə xidmət edən tədbirləri təşkil etməkdir. Bu gün Azərbaycanda 58 ölkənin 5 minə yaxın vətəndaşı təhsil alır. Əgər 1-ci forumda 18 ölkədən 200-ə yaxın tələbə iştirak edirdisə, bu gün həm ölkələrin, həm də iştirakçıların sayı xeyli artıb. Beləliklə, bu gün 2-ci forumda 25 ölkədən 300-dən çox tələbə iştirak edir.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbir iştirakçılarını salamlayaraq, müxtəlif ölkələri təmsil edən tələbə gənclərin BANM-də bir araya gəlməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Azərbaycan ali təhsil müəssisələrinin hər zaman dünyadakı kadr hazırlığına öz töhfələrini verdiyini deyən rektor E.Qasımov ümummilli lider Heydər Əliyevin bu sahədə hələ keçən əsrin 70-ci illərində böyük işlər apardığını diqqətə çatdırdı. Elmar Qasımov Azərbaycanda həmin dövrdə təhsil alan əcnəbi tələbələrin daha sonra öz ölkələrində yüksək vəzifələr tutduğunu xatırlatdı. Rektor çıxışında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu gün bu işləri uğurla davam etdirdiyini vurğuladı. Elmar Qasımov əcnəbi tələbələrə Azərbaycanın onların ikinci Vətəni olduğunu dedi. O, forumun işinə uğurlar arzuladı.

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev forumun təşkilatçılarına təşəkkür edərək, belə əlamətdar tədbirin keçirilməsində verdiyi dəstəyə görə BANM-in rektoruna minnətdarlığını bildirdi. O, həyatının bir neçə ilini Azərbaycanla bağlayan, təhsil əldə edərək, peşəkar kadrlar kimi yetişərək formalaşan əcnəbi tələbələrin Azərbaycan tarixini və mədəniyyətini öyrənmələrini və öz ölkələrinə döndükdən sonra təbliğ etmələrini tövsiyə etdi. O, forumun işində uğurlar arzulayaraq, forum iştirakçılarını təbrik etdi.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev forumun işində uğurlar arzuladı. Gələcəkdə belə tədbirlərin davamlı olacağına ümidvar olduğunu bildirdi.

“Təklif bizdən, dəstək sizdən” devizi altında keçirilən forumda Bakıda təhsil alan əcnəbi tələbələr daha çox Beynəlxalq Gənclər Mərkəzinin yaradılması, onlar üçün heç olmasa bir tələbə yataqxana binasının tikilməsini, bəzi tələbələrə dərsdən sonra qısamüddətli işləmək imkanının verilməsi, yaradıcı və istedadlı tələbələr üçün sərgilərin, eləcə də Azərbaycanı daha yaxından tanımaq məqsədi ilə xüsusi turların təşkil edilməsi kimi təkliflərlə çıxış ediblər.Səslənən təklif və fikirlər ətrafında gedən müzakirələrdə aidiyyatı qurumun nümayəndələri əcnəbi tələbələrin suallarını cavablandırıb.
Azərbaycan mədəniyyətinə yüksək qiymət verən əcnəbi tələbələrin ifasında səslənən mahnı və rəqslər forumun gedişinə bir az da rəng qatıb.

Sonda, təhsildə əldə etdiyi uğurlara, BBTK ilə sıx əməkdaşlığa, universitetlərin ictimai həyatında fərqləndiyinə görə bir qrup tələbəyə BBTK-nın xüsusi diplom, eləcə də hədiyyələri təqdim olunub. Əlavə olaraq Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Forumda ən yaxşı çıxış edən əcnəbi tələbələrin bir qrupunu mükafatlandırıb.

Aysəba Umutlu
BBTK-nın sədri

www.yenicag.az

1029
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv