Bakıda bəzi avtobusların hərəkət istiqamətləri dəyişdirildi

Müəllif: Redaktor

Editor

145218_res_01“Formula-1” üzrə Avropa Qran-pri yarışının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə bu gündən Neftçilər prospektinin Azneft dairəsi tərəfdən – Dövlət Bayrağı Meydanı və həmin istiqamətdən bütün avtomobillərin girişinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və 20-ci Sahə qəsəbələri istiqamətində gedən 5-6-124-88-195-53 saylı marşrut xətləri üzrə hərəkət edən avtobus sürücülərinə təklif olunur ki, alternativ variant olaraq Afiyəddin Cəlilov – Yusif Səfərov, Yusif Səfərov – 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşviq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.

Bakı Nəqliyyat Agentliyi sürücülərə bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır