!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda binalar sökülür, sakinlər ayağa qalxdı - "Fədək" MMC kələk gəlir? - VİDEOREPORTAJ

!Reklam – Yazi

“Fədək” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti 80 ünvanında yerləşən 3 binanın sökülməsi işlərinə başlanılıb.

Yenicag.az xəbər verir ki, söküntü işlərinin aparılması həmin binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.

Sakinlərin iddiasına görə, “Fədək” MMC-nin rəhbərliyinin etdiyi təkliflər onları qane etmir. İş burasındadır ki, söküntü işləri binalarda yaşayış ola-ola aparılır. Ki, bu da sakinlərin həyatı üçün ciddi təhlükəyə çevrilib.

Qəşəm Hüseynov
Qəşəm Hüseynov – “Fədək” MMC-nin icraçı direktoru

Yenicag.az-ın çəkiliş qrupu da hadisə yerində olub. Saat 19:00-da sözügedən ərazidə texnika vasitəsi ilə söküntü işləri aparılsa da, əməkdaşlarımızı görən şirkət rəhbərliyi söküntünü dayandıraraq hadisə yerindən uzaqlaşıblar. Özünü “Fədək” MMC-nin icraçı direktoru kimi təqdim edən Qəşəm Hüseynov bildirib ki, burada qeyri-qanuni iş yoxdur. Onun iddiasına görə, hər üç bina yararsız haldadır. Hüseynovun sözlərinə görə, 24 ay ərzində həmin ünvanda yaşayış üçün yeni binalar tikiləcək. Binalar hazır olduqdan sonra isə sakinlər həmin ünvanda yeni evlərlə təmin olunacaqlar. Bu müddətə qədər isə sakinlərə kirayədə yaşamaq üçün 300-400 manat pul verilməsi nəzərdə tutulub.

Ancaq bina sakinləri bu iddilarla razılaşmır. Qeyd olunur ki, binalar heç də qəzalı vəziyyətdə deyillər və istifadəyə tam yararlıdır.

Bundan başqa “Fədək” MMC-nin rəhbəri Yavar Abduləzim oğlu Qurbanovun əvvəllər dələduzluq maddəsi ilə həbs olunması sakinləri narahat edən məqamlardan biridir. Sakinlər bu məqamdan narahat olaraq Yavər Qurbanovun növbəti qurbanına çevrilmək istəmirlər.

Qeyd edək ki, Yavər Qurbanov əvvəllər “Eyfel” MMC-nin rəhbəri olub. Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 264 maddələri ilə cinayət işi başladılıb. Daha sonra isə həbs olunub. Qurbanov 2009-cu ilin fevralında  saxta sənəd tərtib etməklə yeni inşa edilən binada həmyerlisi Rasif Sultanova mənzil satıb. Faktla əlaqədar 18.08.09-cu il tarixində Yasamal rayonu 29-cu polis bölməsinə ərizə ilə müraciət daxil olunub və Yavər Qurbanovun barəsində 01.09.09 tarixində cinayət işi başlanıb.

Emin Səfərov

Elvin Paşazadə

www.yenicag.az

12980
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv