126847_res_01Bu görüntülər ucqar dağ kəndəndi deyil, Bakının Binə qəsəbəsi ərazisində çəkilib. Onu avtosfer.az-a göndərən oxucu bildirir ki, bura «Südçülük sovxozu» deyilən gözdən-könüldən və diqqətdən uzaq qalan yaşayış məntəqəsidir.

Bu gün yağıntılı havada qəsəbədə vəziyyət o həddə çatıb ki, xəstəyə yardıma gedən təcili yardım avtomobili bataqlıqdan keçə bilməyib. Avtomobilin ön tərəfi əzilir, bamperi qopur. Sürücü bataqlıqdan keçə bilməyəcəyini görüb istiqaməti dəyişməli olur.

Oxucu yazır ki, hazırda həmin ərazidə avtomobillərin hərəkəti iflic vəziyyətə düşüb. Belə ki, hündür maşınlar qismən də olsa bu çala-çökək yollarda hərəkət edə bilsə də, balaca maşınlarla hərəkət mümkün deyil.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."