!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda Çexiya Günü

!Reklam – Yazi

564dd3312907823be7794f309aa0ca85Bakıda Çexiya Respublikasının Müstəqillik Günü qeyd olunub.

Çexiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir 26 saylı Bakı Musiqi Məktəbinin şagirdlərinin ifasında Azərbaycan və Çexiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Qonaqları salamlayan səfir Vitzeslav Pivonka bildirib ki, Çexiya xalqı hər il 28 oktyabr tarixini “Müstəqillik Günü” kimi qeyd edir.
“Həmçinin, bizim üçün müstəqilik günü qədər əhəmiyyətli 17 noyabr tarixi də var. Bu, 1989-cu ildə baş vermiş məxməri inqilabın və 1939-cu ildə faşistlərə müqavimət göstərən zaman həlak olmuş tələbələrin anım günüdür. Biz müstəqillik və azadlıq sözlərinin nə olduğunu yaxşı bilirik. Çexiya öz tarixinin yeni mərhələsində parlaq gələcəyə ümidlə baxır. Və bu yolda Azərbaycanı da öz dostlarından hesab edir”, – deyə səfir əlavə edib.
Tədbirdə Azərbaycan hökuməti adından nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək, Çexiya xalqını müstəqilliyin 96-cı ildönümü münasibəti ilə təbrik edib: “Çex xalqı özünəməxsus qüdrətli yol keçib və dünyada özünəlayiq yer tutan xalqlardan biridir. Çexiya Azərbaycanın müstəqilliyini ilk zamanlarda tanıyan və onun ərazi bütövlüyünə hörmət edən dövlətlərdən biridir. Qarşılıqlı hörmətə əsaslanır. Diplomatik münasibətlər 1993-cü ildə qurulub. Xüsusi ilə də Çexiya Qarabağ məsələsində Azərbaycana dəstək verir. Çexiya parlamentinin xarici siyasət komitəsinin qəbul etdiyi sənədlər buna dəlalət edir”.
Nazir qeyd edib ki, Çexiya bütün beynəlxalq tədbirlərdə, görüşlərdə, o cümlədən NATO çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.
“Dövlətlərarası münasibətlərə təsir edən bir çox amillər var. Həm deputat qruplarının, həm də nazirlərin və digər yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlər dostluq münasibətlərini 1993-cü ildən bəri iki dövlət arasında 26 sənəd imzalanıb. Müxtəlif sahələrdə perspektivlər var. Təklif edərdim ki, aidiyyatı olan qurumlar bir az da artıq çalışsınlar ki, bizim ticarət dövriyyəmiz daha da artsın”, – deyə nazir əlavə edib. (apa.az)

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv