www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bakıda 8-9 bal gücündə zəlzələ baş verə bilər.

Yenicag.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin alimləri Səbail rayonunun seysmik risklərini tədqiq edərkən bu qənaətə gəliblər.

Mərkəzin şöbə müdiri Tahir Məmmədlinin sözlərinə görə, Azərbaycanda indiyə qədər baş verən zəlzələlərin heç biri 7 baldan yuxarı olmayıb.

Tədqiqatlar zamanı o da məlum olub ki, paytaxtın seysmoloji baxımdan ən aktiv zonası Səbail rayonunun “20-ci sahə” və “Bayıl yamacı” adlandırılan əraziləridir.

Layihə çərçivəsində Səbail rayonu ərazindəki tikililərin özüllərinin vəziyyəti və onların zəlzələyə davamlılığı da öyrənilib. Məlum olub ki, rayonda bir neçə tip bina var. Onlar müasir hündürmərtəbəlilər, 2-3 mərtəbəli villalar, köhnə həyət evləri, tarixi tikililər, sovet dövründə tikilmiş beşmərtəbəli və doqquzmərtəbəli binalardır.

Gözlənilən zəlzələ zamanı sürüşmənin olacağı da istisna edilmir. Xüsusən də rayonun “20-ci sahə” və “Bayıl yamacı” faktiki olaraq zəlzələ zamanı aktiv şəkildə sürüşməyə məruz qala bilər.

“Xəzər xəbər” mövzu ilə bağlı ətraflı videomaterial hazırlayıb:

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5359
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."