Bakıda daha bir avtobus qəzası

Bakıda daha bir avtobus qəzası

Müəllif: Redaktor

Baş Redaktor

138718_res_01Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına, Ə.Məmmədəliyev küçəsində Astara rayon sakini, 35 yaşlı Ramin Məmmədov idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu ilə Bakı şəhər sakini, 20 yaşlı Nicat Məmmədovu vurub.

3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən yaralı orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, “Daewoo” markalı sərnişin avtobusu “Monello” MMC-yə məxsusdur.

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti