!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda dəhşətli hadisə: Bir ailədən 3 nəfər öldü – Adlar

!Reklam – Yazi

3
Bu gecə Bakıda baş vermiş dəhşətli yol qəzasında bir ailədən 3 nəfər vəfat edib

Lent.az-ın məlumatına görə, Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində “QazEL” və “KamAZ” markalı yük maşınlarının toqquşması nəticəsində, “QazEL”in sürücüsü, 1955-ci il təvəllüdlü Rzayev Pirican Əlif oğlu və sərnişinləri, sürücünün oğlu – 1992-ci il təvəllüdlü Rzayev Sahib Pirican oğlu ilə sürücünün yeznəsi, 1976-cı il təvəllüdlü Qəhrəmanov Elşad Qəni oğlu vəfat edib. “QazEL”in kuzasında olan Qədirov Tacəddin Mehralı oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzaya düşən ailə kiçik sahibkarlıqla məşğul olurmuş və maşınla cücə daşıyırlarmış. Gecə saatlarında Zığ qəsəbəsində kubiklə dolu “KamAZ” yoxuşa çıxa bilmədiyindən yolun hərəkət hissəsində dayanıb. Nəticədə arxadan gələn “QazEL” həmin yük maşınına çırpılıb. “KamAZ”dakı kubiklər hadisə vaxtı “QazEL”in üstünə tökülüb və maşının qarşı tərəfində oturaq halda vəfat edən şəxslərin cəsədlərini çıxarmaq üçün əraziyə xilasedicilər cəlb edilib.

Artıq “KamAZ”ın sürücüsünün kimliyi müəyyənləşdirilib. Bu, 1958-ci il təvəllüdlü Məlikov Əlikram Əlibala oğludur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv