yenicag.az

Bakıda dəhşətli qəza: 1 ölü

Bakıda dəhşətli qəza: 1 ölü

Müəllif: Redaktor

Editor

86af17b8483cbdc508486b6035d4cbe1Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Ziya Bünyadov prospekti ilə “Koroğlu” metro stansiyası istiqamətində hərəkətdə olan “Mercedes”in sürücüsü E.Həsənov havanın yağışlı olması səbəbindən idarəetməni itirib. Sürət yüksək olduğundan sürücü yaş yolda avtomobili saxlaya bilməyib. Nəticədə avtomobil yanacaqdoldurma məntəqəsinin hasarına çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Sərnişini Şaiq Abbasov xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Kriminal, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti