!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda din və multikulturalizm mövzusunda – Beynəlxalq konfrans

!Reklam – Yazi

Bakıda “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilir.

APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçən konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav Kilsəsi və Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri, bir sıra ölkələrin səfirləri və digərlər şəxslər iştirak edirlər.

Tədbirdə öncə Azərbaycan prezidenti İlham Əliyevin müraciəti oxunub, sonra Azərbaycanda multikulturalizmə həsr olunmuş video-çarx nümayiş olunub.

Konfransda çıxış edən Allahşükür Paşazadə bildirib ki konfrans dünyada irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda Qafqazda sülhə və onun qorunmasına xidmət edir. Şeyxülislam bu mənada Azərbaycanın tolerantlıq modelini nümunə göstərib.

Konfrans davam edir.

 

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv