f5618cb5ff3af62baee8c0e5ef5e7a9dOktyabrın 28-də Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenicag.az-a verilən məlumata görə, Forum Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayındakı nitqində əksini tapmış tövsiyələr əsasında təşkil olunur. Forumda xaricdə yaşayan azərbaycanlı iş adamlarının Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə qoymasına stimul verən amillər, dövlət səviyyəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində yaranmış əlverişli investisiya mühitinin yaratdığı əlavə imkanlar, ölkənin ümumi iqtisadiyyatın inkişafında xaricdə yaşayan azərbaycanlı iş adamlarının rolu ilə bağlı bir sıra məsələlər müzakirəyə çıxarılacaq.

Forumda xarici iş adamlarının və böyük şirkətlərin Azərbaycana investisiya qoymağa təşviq edilməsi ilə bağlı məsələlər ətrafında da fikri mübadiləsi aparılacaq. Forumun gündəliyinə daxil edilmiş əsas mövzulardan biri də xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamlarının ölkəmizin milli maraqlarının qorunması, Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğu işinə daha fəal şəkildə cəlb olunmasıdır.

Forumda xarici ölkələrdə yaşayan 300 nəfərə yaxın azərbaycanlı iş adamı və diaspor rəhbərinin, eləcə də ölkə daxilində fəaliyyət göstərən sahibkarların dəvət olunması nəzərdə tutulub. Toplantıda Dünya Azərbaycanlı İş Adamları Birliyinin yaradılması təşəbbüsü də müzakirə ediləcək. Bununla yanaşı, tədbirə dəvət olunmuş azərbaycanlı iş adamlarının iştirakı ilə biznes-forumun, habelə dövlət və hökumət nümayəndələri ilə görüşün təşkili də planlaşdırılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."