Yazı İçi 468×60

54207Bakıda sakinlər eiraz aksiyası keçirib. Buna səbəb bir neçə gündür suların kəsilməsidir. Etiraz aksiyası keçirən Bakı sakinləri əllərində su qabları ilə avtomobil yolunu bağlayıblar.

Musavat.com xəbər verir ki, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisinin sakinləri saat 16 radələrində bir araya toplaşıblar.

Sakinlərin dediyinə görə, artıq bir həftəyə yaxındır suları kəsilib.
Buna etiraz edən sakinlər Şövkət Məmmədova küçəsində avtomobil yolunu bağlayıblar.

Dəfələrlə “Azərsu”ya müraciət etdiklərini, lakin heç bir cavab ala bilmədiklərini deyən sakinlər ciddi problemlərlə üzləşdiklərini bildirirlər.

“Camaatın evində xəstəsi, körpəsi var. Başa düşmürlər ki, bu istidə insanlar nə etsin? İmkanı olan içməyə su alır. Elə adam var ki, içməyə su belə tapmır. Kimə də şikayət edirik baxmırlar”- deyə sakinlər bildirir.

Sakinlərin etiraz aksiyasından sonra hadisə yerinə polis əməkdaşları gəlib. Onların müdaxiləsi ilə avtomobil yolunda hərəkət bərpa edilib.

“Azərsu” əməkdaşlarından gəlib onların problemi ilə maraqlanacağı barədə sakinlərə vəd verilib.

Qeyd edək ki, artıq bir neçə gündür Bakının Binəqədi, Xətai və başqa rayonlarda içməli suyun verilməsi ilə bağlı problemlər yaranıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."