Bakıda etiraz aksiyası -VİDEO

Müəllif: Redaktor

Editor

46427Gənclər təşkilatı İran dövlətini Azərbaycan türklərinə qarşı təqib və təzyiq siyasətinə son qoymağa çağırdı

Bu gün bir qrup gənc, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Buna səbəb 6 noyabr 2015-ci il tarixdə İranın dövlət kanalı olan “Kanal 2”-nin “2 Fitilə” adlı proqramında azərbaycanlı türklərin təhqir edilməsi olub.

Polis aksiyaçıların səfirliyin binasına yaxınlaşmasına maneə olub. Aksiyaçılar polislə qarşıdurmaya getməyərək onlara qarşı bir şərt irəli sürüblər. Şərt, Milliyətçi Gənclər Təşkilatının etiraz bəyənatının səfirliyə təqdim olunmasına icazənin verilməsi olub. Bəyənat səfirliyə təqdim olunub.

Bəyanatda İran dövlətinin Azərbaycan türklərinə qarşı təqib və təzyiq siyasətinə son qoyulması ilə bağlı çağrışı yer alıb(BizimYol)

https://youtu.be/FCT_Iwsz9f0


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir