!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda ev, Sumqayıtda avtomobil yandı – Video

!Reklam – Yazi

Bakıda yanğın hadisəsi baş verib.

Yeniçağ.az FHN-in saytına istinadən xəbər verir ki, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 36 m2 sahədə, 1 otağın və dəhlizin yanar konstruksiyaları 36 m2 sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunuB. Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıt şəhərində isə vətəndaşa məxsus “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı elektrik dirəyi yanğından mühafizə olunub. Yanğın saat 13:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yeniçağ.az Xeberle.com-a istinadən xəbər verir  ki, vətəndaş Səbuhi Vəliyevin idarə etdiyi  BMW markalı minik avtomobili hərəkətdə olan zaman alışmağa başlayıb. Avtomobildə olan sərnişinlər və sürücü dərhal avtomobili tərk edib, xəsarət alan olmayıb. Minik vasitəsi yanaraq yararsız  hala düşüb.

Qeyd edək ki, Səbuhi Vəliyev Azərbaycan Budo Döyüş Növləri Federasiyasında çalışır.

Yeniçağ.az

 

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv