!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda evlər bahalaşdı – QİYMƏTLƏR

!Reklam – Yazi

Bakıda son bir ayda mənzillər 10-40 % arasında bahalaşıb. Daşınmaz əmlak elanları üzrə ekspert Vaqif Hüseynov Yenicag.Az-a bildirib ki, iqtisadi əsaslarının olmamasına baxmayaraq manatın dollar qarşısında bahalaşması evlərin qiymətinə də təsir göstərib.

Onun sözlərinə görə, bahalaşma 2 otaqlı mənzillərdə daha çox müşahidə edilir. Xüsusilə də Rəşid Behbudov küçəsi boyunca, Dostluq kinoteatrı-Koroğlu parkı ətrafı ərazilərdə evlərin qiymətlərində canlanma hiss edilir. Məsələn, bu ərazidə köhnə binalarda 45-55 kv.m-lik 2 otaqlı mənzillər ötən ilin dekabr ayında 60 min manata təklif edilirdisə, indi 80-85 min manata qədər bahalaşıb. Yeni Yasamalda yeni tikililərdə 80-85 kv.m-lik 2 otaqlı “podmayak” evlərin qiyməti 70-75 min manatdan 85 min manata qədər yüksəlib.

Əhmədli qəsəbəsində Ukrayna dairəsi ərazisində evlər isə 10% civarında bahalaşıb. Dekabr ayında 65-70 min manata satılan 50 kv.m-lik evlər indi 75 min manata təklif edilir. Paytaxtın digər ərazilərində isə hələlik mənzillərin qiymətində hər hansı dəyişiklik yoxdur.

V.Hüseynov əlavə edib ki, bahalaşma manatın məzənnəsi ilə bağlı olduğu üçün manatın mart ayından etibarən yenidən ucuzlaşma gözləntisi evlərin qiymətini yenidən aşağı sala bilər.

Yenicag.Az

www.yenicag.az

845
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv