!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda evlərə çirkli su verilir – Video

!Reklam – Yazi

e-2Ötən gün Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki evlərə palçıqlı su verilib.

Bu barədə qeyd edilən ünvanda yaşayan “Space” TV-nin əməkdaşı Zamira Dadaşova facebookda yazıb. Aparıcı verilmiş suyun görüntüsünü də videoya çəkərək səhifəsində paylaşıb.
“Bizə verilən su… Dəhşətdir. Aparıb “Azərsu”nun rəhbərinə verəcəyəm, övladları ilə içsin”.

Z. Dadaşova “Qafqazinfo”ya açıqlamasında dünənə nisbətən bu gün səhər suyun rəngində yaxşılaşma müşahidə etdiyini qeyd edib.

Qeyd edək ki, hazırda “Azərsu” məsələni araşdırır.

***

“Azərsu” Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda qurum əməkdaşları hadisə yerindədir: “O xətdən çıxışları bağlamışıq. Təmizləmə işləri gedir. Suyun qara rəngdə gəlməsinin səbəbini araşdırmağa çalışırıq”.

https://youtu.be/JrgZbvIjK2c

www.yenicag.az

632
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv