Bakıda evlərin də qiyməti qalxdı…

Bakıda evlərin də qiyməti qalxdı…

Müəllif: Redaktor

Baş Redaktor

60758İndiyədək mənzillərin ipoteka ilə satışını həyata keçirən «Kristal Abşeron» şirkəti qiymətləri artırıb. Belə ki, şirkətin Xırdalanda həyata keçirdiyi tikinti layihəsində ipoteka krediti ilə satılan təmirli mənzillərin 1 kvadratmetrinin qiyməti 950 manatdan 1165 manata qalxıb: “Yəni qiymətlər 22,6% bahalaşıb. Nəticədə ipoteka kreditlərinin şərtləri olduğu kimi qalsa da, ilkin ödəniş və aylıq ödəniş məbləğləri yüksəlib. Belə ki, indiyədək bu layihədə 1 otaqlı 27,4 kvadratmetrlik mənzili 2712 manat ilkin ödəniş etməklə, aylıq 205 manat ödənişlə 20 illiyə almaq olardı. Hazırda isə qiymətlər artdıqdan sonra ilkin ödəniş 3255 manata, aylıq ödəniş isə 246 manata qalxıb”.

Şirkətin Yeni Günəşlidəki binalarında da qiymətlər artıb. İndiyədək ipoteka krediti ilə satılan təmirlik mənzillərin 1 kvadratmetrinin qiyməti 1290 manat olduğu halda indii bu rəqəm 1550 manat olub. Nəticədə hazırda 1 otaqlı evin alınması üçün ilkin ödəniş 5974 manat, aylıq ödəniş isə 450 manatdır.(fins)

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti