Bakıda fahişəxana kimi fəaliyyət göstərən “masaj salonları” – FOTOLAR

Bakıda fahişəxana kimi fəaliyyət göstərən “masaj salonları” – FOTOLAR

Müəllif: Baş Redaktor

Baş Redaktor

65177Paytaxtın S. Rəhimov k. 195 və Mirzə İbrahimov k.38 ünvandakı rüsvayçılığa “dur” deyən tapılacaqmı?

Masaj salonları ilə bağlı ictimai rəyin birmənalı olmaması sirr deyil. Bu gün masaj salonundan danışılanda 10 adamdan ən azı 8-i gülümsəyir. Səbəb məlumdur: təəssüf ki, bu məkanların böyük əksəriyyəti “masaj salonu” adı ilə pərdələnib, “başqa-başqa işlərlə” məşğuldur…

Artıq elə bir vəziyyət yaranıb ki, həqiqətən də masaj məqsədi ilə bu ünvanlara üz tutanlara heç kəs inanmır. Əksəriyyət elə düşünür ki, masaj salonlarında yeganə cazibə qüvvə, ehtiyac hissi ehtirasdır. Niyə də belə düşünməsinlər, bu salonlarda ən müxtəlif xidmətlər təklif olunur… Qiymətlər də müxtəlifdir: əsasən 30-50 manat arasında dəyişir.

 

 

 

İndi de-fakto fahişəxana kimi fəaliyyət göstərən “masaj salonları”nın sayı da artmaqdadır. Onlar arasında rəqabət də mövcuddur. Rəqabətdə isə bütün vasitələrdən yararlanmaq var: təkcə komfort şərait yox, həm də ən cazibəli xanımlara üstünlük verilir. Nə isə,…

Bu istiqamətdə xeberinfo.com-a daha bir məlumat daxil olub. Məlumatda Bakının mərkəzində-S. Rəhimov k. 195 (Süleyman Rüstəm küçəsi ilə S. Rəhimov küçəsinin kəsişmədə) ünvanında yerləşən adsız masaj salonunun fəaliyyətindən bəhs olunur. Məlumatlarda bu masaj salonununda insan alverindən tutmuş, vergidənyayınma faktlarına qədər müxtəlif qanunazidd faktlar sadalanır. Biz məlumatların həqiqiliyinə əmin olmadığımızdan müəyyən dəqiqləşmələr də aparmaq istədik. Bu məqsədlə də sözügedən ünvana yollandıq. Məlum oldu ki, bu masaj salonu ilə bağlı redaksiyamıza daxilı olan məlumatlar nəinki həqiqətdir, həm də azdır. Burada masaj adı ilə müxtəlif növ “xidmətlər”dən söhbət gedir. Şühbəsiz ki, hər “xidmət”in də öz qiyməti var: 20-30-40 manat civarında.

 

 

 

Bu “xidmətlər”dən əlavə bu masaj salonu vergidənyayınma faktları ilə də diqqəti çəkir. Müşahidələrimiz zamanı nə kassa aparatından, nə də vergini xatırladan başqa nəsnədən əsər-əlamət görünmədi. Yəqin ki, hörmətli vergi müfəttişlərimiz bu “özfəaliyyəti” görmürlər. İnanırıq ki, görüb, bilsəydilər qanunumüvafiq şəkildə ölçü götürmüş olardılar.

Təsəvvür edirsinizmi, paytaxtın mərkəzində, 24 saat işləyən bir obyektdə nələr olur, nələr? Ən dəhşətlisi isə bu masaj salonunun 46 saylı orta məktəblə qonşu olmasıdır. Bunun nə demək olduğu haqqında danışmaq da, yazmaq da artıqdır. Məlumata görə məktəb rəhbərliyi dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də nəticə hasil olmur(?) Süleyman Rəhimov küçəsində yaşayan sakinlər isə vəziyyəti belə izah edrilər: “Axşam saatlarında səs-küydən evdə otura bimirik. “Masaj salonu”nun qarşısı “müştərilər”lə dolu olur. Yaşayış binalarının yanında, əhalinin ən çox istifadə etdiyi yolun üzərində belə biabırçı vəziyyət yaranıb. İldə 2-3 dəfə adını dəyişdirsələr də, bu obyektə eyni adamlar nəzarət edirlər. Utancımızdan axşamlar bayıra çıxa bilmirik. Uşaqlarımızın tərbiyəsi pozulur”.

 

Görünür bu adsız masaj salonunun “kışa”ları haqqındakı söz-söhbətlər əsassız deyilmiş…
Digər bir adsız masaj salonu isə paytaxtın Mirzə İbrahimov k. 38 ünvanda yerləşir. Burada da tamamilə eyni ab-hava, eyni xidmət, eyni narazılıqların olması haqqında məlumat aldıq. Bu masaj salonu ilə bağlı qarşıdakı günlərdə ayrı yazımız olacaq./xeberinfo

Cəmiyyət, Banner

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti