Bakıda “Formula-1″ə görə tikinti yekunlaşır

Bakıda “Formula-1″ə görə tikinti yekunlaşır

Müəllif: Redaktor

Baş Redaktor

ff1465823127Bakıda “Formula-1” Avropa Qran Prisinin keçirilməsi ilə bağlı tikinti işləri artıq tamamlanmaq üzrədir.
Yenicag.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında yarış obyektinin tikintisi işlərinə məsul olan Tom Buçer deyib.

“Formula-1” rəsmisinin sözlərinə görə, yarışda iştirak edəcək heyətlər artıq formalaşıb.
Tom Buçer bildirib ki, bu gün axşam saatlarından etibarən səkiqırağı tikinti işlərini başa çatdırmaq üçün trekin ərazisinə düşən yollar bağlanacaq, çünki 83 yerdə təhlükəsizlik baryerlərinin quraşdırılması tamamlanmalıdır.
Yarış obyektinin tikintisi işlərinə məsul şəxs vurğulayıb ki,sabahdan etibarən yarışda iştirak edəcək avtomobillər “pitstop”a gətiriləcək:

“Bəzi heyətlər artıq Bakıya gəlib, digərləri isə sabah gələcək və bununla da hazırlıq işləri tamamlanacaq”.
O söyləyib ki, hazırlıq işləri nəzərdə tutulan qrafikə uyğun aparılır:

“Bakıya gələn heyətlər də görülən işlərdən razıdırlar. Onlar deyirlər ki, yarış üçün gözlədiklərindən də yüksək səviyyəli şərait yaradılıb”.

Hər kəsi bu yarışa dəstək verməyə çağıran T.Buçer qeyd edib ki, artıq Bakı dünyaya nəyə qadir olduğunu göstərməyə hazırdır:

“Yarışı tribunalardan 30 minə qədər insan izləyəcək. Tamaşaçılardan 15 minə qədəri yarışı oturacaqları olan tribunalardan, 15 minə qədəri isə ayaqüstü tribunalardan izləyəcək”.

İdman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti