!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda gənc ananın doğuşda ölüm səbəbi AÇIQLANDI – RƏSMİ

!Reklam – Yazi

olum_oiıly9y3 saylı Şəhər Klinik Xəstəxanasında qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişən 1986-cı il təvəllüdlü Elnurə Elman qızı Xanəliyevanın diaqnozu müəyyənləşdirilib. Bu barədə Modern.az-a açıqlama verən Səhiyyə Nazirliyindəki Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva bildirib. O, deyib ki, ananın ölümü doğuş, qeysəriyyə kəsiyi və ya qanaxma ilə əlaqədar olmayıb.

“Soyuqdəymə, sətəlcəm aşkar edilib. Yəni, ana doğuşa görə ölməyib. Anada kəskin pnevmaniya olduğu üçün hamiləlik tez sonlandırılıb. Uşaq sağdır və vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, iki gün öncə Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasında 1986-cı il təvəllüdlü Elnurə Elman qızı Xanəliyeva qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Qripə yoluxmuş 8 aylıq hamilə qadın bir necə gün öncə Sabunçu xəstəxanasına gətirilib. Həkimlər xəstəni müayinə ediblər və qeysəriyyə əməliyyatı olunmasını qərara alıblar.

Qeysəriyyə əməliyyatından sonra uşaq sağ qalsa da, süni nəfəs aparatına qoşulan ana iki gün sonra keçinib.

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv